Pley-offların tarixi bəlli oldu - AVRO-2020 üçün

23 Mart 2020 21:56 (UTC+04:00)

AVRO 2020-nin 4 iştirakçısı iyunda bəlli ola bilər.

Goal.az xəbər verir ki, UEFA pley-off qarşılaşmalarını əvvəlcədən 23-30 mart tarixində keçirməyi planlaşdırsa da, koronavirus epidemiyası buna mane oldu.

Məlumata görə, 16 komandanın iştirak edəcəyi pley-off matçları 1-9 iyun arası keçirilməlidir. Pley-off mərhələsində iştirak edəcək komandaların iyun ayı üçün hazırlaşmaları bildiriləcək. Yarışın yarımfinal mərhələsi iyunun 4-də, finalı isə 9-da oynanılması nəzərdə tutulub.

UEFA hazırda ölkə federasiyalarından qarşılaşmaların bu tarixdə oynanılması üçün cavab gözləyir. Bununla yanaşı, qrum komandalara mart-iyun aylarında keçirməyi planlaşdırılan yoxlama görüşlərini təxirə salmağı tövsiyyə etmişdi.

Qeyd edək ki, 23-30 mart aralığına pley-off görüşləri ilə yanaşı, digər komandaların da yoxlama oyunları olmalı idi. (matc.az)