Bakı sakinindən heroin götürüldü

24 Mart 2020 13:39 (UTC+04:00)

Bakı sakinindən narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə,Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-də Alar kəndi ərazisində Bakı şəhər sakini, əvəllər məhkum olunmuş E.Nəsirovun idarə etdiyi “KİA” markalı avtomobil saxlanılıb.

Avtomobilə baxış zamanı oradan 970 qram heroin və 570 qram metamfetamin aşkar edilərək götürülüb.