Respublikanın şimalında TV və FM proqramlarının yayım keyfiyyəti araşdırılır

5 İyul 2013 15:44 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, TV və FM proqramlarının yayım vəziyyətinin araşdırılması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mütəxəssisləri tərəfindən ölkənin şimal bölgələrində növbəti radiomonitorinqlər keçirilir.

 

İşlər Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının ərazisində aparılır. Bu məqsədlə həmin bölgələrə DRİ-nin mütəxəssisləri ezam olunublar. Radiomonitorinq müddətində qeyd olunan rayonlar üzrə respublika ərazisində yayımlanan TV və FM proqramlarının yayım vəziyyəti araşdırılır, elektromaqnit sahə gərginliyi ölçulür.