İngiltərə klubları legionerləri ölkədən buraxmır

24 Mart 2020 19:34 (UTC+04:00)

İngiltərə Premyer Liqa klubları legioner oyunçularının ölkələrinə qayıtması istəklərini rədd edib.

Goal.az xəbər verir ki, koronavirus səbəbindən yaranan fasilə müddətində təkcə Chelsea-in oyunçusu Villiana yox, digər klubların legionerlərə də ölkəni tərk etməyə icazə verilməyib.

Bildirilib ki, klublar oyunçuların mövsüm bərpa olunandan sonra pandemiyaya görə qayıtmayacağından ehtiyat edirlər.