Salyanda ev yanıb

25 Mart 2020 09:19 (UTC+04:00)
Salyan rayonunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, rayonun Birinci Varlı kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.