Neft Daşlarında çalışanlar barədə qərar verildi

25 Mart 2020 09:28 (UTC+04:00)
Azərbaycan hökuməti Neft Daşlarında çalışan işçilərlə bağlı qərar qəbul edib. Trend-in məlumatına görə, bunu İTV-də yayımlanan "Diqqət Mərkəzi" verilişində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Kabinet rəsmisi bildirib: "Anlaşma əldə olunub ki, əməkhaqları artırılma şərti ilə qadağalar qüvvəyə minəndən Neft Daşlarında növbədə olanların növbə müddəti uzadılır. Növbə dəyişməyəcək və onlar aprelin 20-dək orada qalıb işləməyə razılıq veriblər".