Rusiyada 7,6 bal gücündə zəlzələ - Sunami təhlükəsi var

25 Mart 2020 10:19 (UTC+04:00)
Rusiyanın Saxalin vilayətində Rixter cədvəli ilə 7,6 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, yeraltı təkanlarla əlaqədar sunami həyəcanı elan olunub. Severo-Kurilsk şəhərində 400-ə yaxın sakin təxliyə olunub. Bəzi tikililərdə dağıntılar qeydə alınıb. Son məlumatlara əsasən, sunaminin bir neçə dalğası sahilə vurub. Onun ilkin hündürlüyü 50 santimetr olub. Növbəti dalğaların qısa müddətdə yaxınlaşması gözlənilir.