Qvardioladan 1 milyon avroluq yardım

25 Mart 2020 12:15 (UTC+04:00)
Manchester City-nin baş məşqçisi Xosep Qvardiola koronavirusla mübarizəyə 1 milyon avro yardım edib. Goal.az xəbər verir ki, ispaniyalı mütəxəssis "COVID-19" pandemiyası müddətində lazımı sanitar materalları almaq üçün pul toplayan Barselona Tibb Kollecinə vəsait göndərib. Alınmış bütün əşyalar Kataloniya ərazisindəki klinikalara yönəldiləcək.