Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadıldı

25 Mart 2020 13:21 (UTC+04:00)
Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilıib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.