Avropada 32 Türkiyə vətəndaşı koronavirusdan öldü

25 Mart 2020 14:38 (UTC+04:00)
Xarici ölkələrdə yaşayan 32 Türkiyə vətəndaşı koronavirus pandemiyasından vəfat edib. Mövqe.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, dünyasını dəyişən Türkiyə vətəndaşlarının əksəriyyəti Avropa ölkələrində yaşayıblar. Çavuşoğlu əlavə edib ki, indiyə qədər 17 ölkədən 2850 Türkiyə vətəndaşı vətənə geri gətirilib.