Azərbaycan - Malta oyununun stadionu və vaxtı müəyyənləşib

5 İyul 2013 16:41 (UTC+04:00)

Avqustun 14-də Azərbaycan milli komandası Malta yığması ilə Bakıda yoldaşlıq oyunu keçirəcək.


Mövqe.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, artıq qarşılaşmanın stadionu və başlanma vaxtı müəyyənləşib.


"Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq.