Böyük Britaniya şahzadəsi koronavirusa yoluxdu

25 Mart 2020 15:23 (UTC+04:00)
Böyük Britaniya şahzadəsi, taxt-tacın varisi Çarlz koronavirusa yoluxub. Mövqe.az-ın məlumatına görə, bunu Bukingem sarayının rəsmi nümayəndəsi bildirib. Qeyd olunur ki, 71 yaşlı şahzadənin vəziyyəti yaxşıdır. Lakin Çarlzın həyat yoldaşında virus aşkar edilməyib. Qeyd edək ki, bu günədək Böyük Britaniyada 8 077 nəfər virusa yoluxub, 422 nəfər vəfat edib.