“Təmiz əllər” kampaniyası davam edir

25 Mart 2020 16:51 (UTC+04:00)
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı tərəfindən start verilən "Təmiz əllər" kampaniyası davam edir. UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardindən estafeti qəbul edən Təhsil naziri Ceyhun Bayramov kampaniyada iştirak edib və estafeti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpa ötürüb. Kampaniyanın məqsədi əlləri mütəmadi olaraq düzgün qaydada sabunla yumaq və diqqəti koronavirusla mübarizəyə yönəltməkdir.