Azərbaycanda qeyri-iş günlərinin sayı artırıldı

25 Mart 2020 18:34 (UTC+04:00)
Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə Nazirlər Kabineti qərar verib. Qərarda deyilir: "Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilsin. Müəyyən edilib ki, bu Qərarın 1-ci hissəsi dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və bu Qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir. Bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan müddətlərdə müvafiq işlərə cəlb edilən işçilərlə bağlı əməkhaqqı saxlanılmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinin 2-ci hissəsi rəhbər tutulsun". Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumları Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respubikası Nazirlər Kabinetinin Aparatı Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikasının Ədliyə Nazirliyi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Dövlət Neft Fondu Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Hesablama Palatası "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti "Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Azəriqaz" İstehsalat Birliyi "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı Qeyd edək ki, Nazirlər Kabinetinin 12 mart tarixli qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilmiş, Novruz bayramında 9 gün qeyri-iş günü müəyyənləşmişdi.