İran "Sərhədsiz Həkimlər" təşkilatının nümayəndələrini ölkədən qovub

25 Mart 2020 20:33 (UTC+04:00)
İran beynəlxalq "Sərhədsiz Həkimlər" təşkilatının nümayəndələrini ölkədən çıxarıb. Mövqe.az-ın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo "Twitter" hesabında yazıb. "İran rejimi koronavirusa yoluxan ən yükək risk qrupunda olan xəstələr üçün sahə xəstəxanası yaradan "Sərhədsiz Həkimləri" təşkilatının nümayəndələrini qovub. Rejimdən ən çox əziyyət çəkən öz vətəndaşlarıdır", - deyə M. Pompeo qeyd edib. "Associated Press" agentliyi isə xəbər verir ki, İran "Sərhədsiz Həkimlər" təşkilatının iki yük təyyarəsi ilə göndərdiyi tibbi avadanlıq və ləvazimatları geri qaytarıb.