Koronavirusun səthlərdə yaşaya biləcəyi müddət açıqlanıb

25 Mart 2020 23:59 (UTC+04:00)
Koronavirus səthlərdə 17 gün qala bilər. APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin hesabatında bildirilir. Mütəxəssislər üç kruiz gəmisindəki COVID-19-a yoluxma hallarını araşdırıblar. Bildirilir ki, gəmilər müxtəlif ölkələrdən olan səyahətçilərin yerləşdikləri məhdud ərazi olması səbəbindən yoluxucu xəstəliklərin yayılması üçün münbit şərait yaradılır. Fevral ayında 700-dən çox insanın koronavirusa yoluxduğu "Diamond Princess" kruiz gəmisini araşdırdıqdan sonra elm adamları COVID-19 virusunun iki həftədən çox yaşaya biləcəyi qənaətinə gəliblər. Qeyd edilir ki, sərnişinlər bütün kayutları tərk etdikdən 17 gün sonra da burada SARS-CoV-2 aşkar olunub.