Salyanda birmərtəbəli ev yanıb

26 Mart 2020 09:42 (UTC+04:00)

Salyan rayonununda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, rayonun Quyçu kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli, tavanı qamışdan ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.