Rusiya bütün ölkələrlə aviaəlaqəni dayandırır

26 Mart 2020 10:53 (UTC+04:00)

Rusiya hökuməti koronavirus epidemiyası ilə əlaqədar olaraq bütün ölkələrlə müntəzəm və çarter aviauçuşlarını dayandırır.

Movqe.az-in məlumatına görə, bu barədə Rusiya Nazirlər Kabinetinin qərarında deyilir.

Qərara əsasən, yalnız xaricdə qalan Rusiya vətəndaşlarını gətirmək məqsədilə reyslər təşkil olunacaq.

Uçuş qadağası martın 27-dən qüvvəyə minir.

Qeyd edək ki, bu günə qədər 658 nəfər koronavirusa yoluxub, 3 nəfər həyatını itirib.