Gəncədə piyadanı vurub qaçan sürücü saxlanıldı

26 Mart 2020 13:39 (UTC+04:00)

Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mövqe.az-a verilən məlumata görə, əməliyyatı Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları keçirib.

Martın 23-də Gəncə şəhər sakini Ə.Əflakinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, şəhər sakini N.Seyidağayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.