Rusiyada son sutkada 182 nəfər koronavirusa yoluxub

26 Mart 2020 13:47 (UTC+04:00)

Rusiyada son sutka ərzində koronavirusa 182 nəfər yoluxub.

Mövqe.az-ın məlumatına görə, bunu Rusiya Səhiyyə Nazirliyi nəzdində yaradılan Operativ Qərargah açıqlayıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 840 nəfərə çatıb.

Virusdan ölənlərin sayı 3 nəfər təşkil edir.