Popocatepetl yanardağı fəallaşdı

5 İyul 2013 17:08 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Meksikada fəaliyyətə keçən Popocatepetl yanardağı səbəbiylə ABŞ-ın 7 hava yolu şirkəti, paytaxt Meksika və Toluca aerodromların daxilinə və xaricinə etdikləri 47 təyyarə səfərini ləğv edib. Meksika aerodrom spikeri Corc Qomez, US Airways, Delta, United Amerika və Alyaska Airlines şirkətlərinin səfərlərini bir təhlükəsizlik tədbiri olaraq ləğv etdiyini bildirib. Aerodromun olduğu bölgəyə dünən günortadan etibarən vulkanik kül gəlmədiyini ifadə edən Qomez, bu səbəblə aerodromun normal şəkildə işləməyə davam etdiyini qeyd edib.