Sumqayıtda mənzildən kişi meyiti tapılıb

26 Mart 2020 14:10 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1982-ci il təvəllüdlü Ağayev Ruslan Akif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.