“Çöldə rahat gəzə bildiyim illər” - Nəsrinin Bakı paylaşımları

26 Mart 2020 21:28 (UTC+04:00)

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sosial media hesabında arxiv fotolarını paylaşıb.

Mövqe.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi Bakıda lentə alınan şəkillərinə müxtəlif rəylər yazıb.

O, 1992-ci ildə yataq otağında çəkilən fotosuna “10 yaşında ilk evə həbs edilmə təcrübəm. Kağız, qələm və Barbi gəlinciyim var. Tamamam” şərhini verib.

Nəsrin Bakıda lentə alınan digər şəklinə isə “Çöldə rahat gəzə bildiyim illər. Bakı” sözlərini yazıb.

Qeyd edək ki, 38 yaşlı sənətçi hazırda “Yasak elma” serialında “Şahika” obrazına həyat verir.