Milli Məclis Azərbaycanda icbari tibbi sığortanın tətbiqi müddətinin uzadılmasını müzakirə edəcək

27 Mart 2020 11:45 (UTC+04:00)

Milli Məclis martın 30-da keçiriləcək plenar iclasında Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddətinin uzadılmasını müzakirə edəcək.

Mövqe.az-ın məlumatına görə, bununla bağlı “Tibbi sığorta” haqqında qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, icbari tibbi sığorta 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.

Qüvvədə olan qanuna əsasən isə icbari tibbi sığorta 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunmalı idi.