Həsən Ruhani prezidentimizin təbrik məktubunu cavablandırıb

8 İyul 2013 11:06 (UTC+04:00)

İran prezidenti Həsən Ruhani onu dövlət başçısı seçilməsi münasibətilə təbrik edən Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubunu cavablandırıb.


APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, H. Ruhani təbrik məktubuna görə Azərbaycan prezidentinə təşəkkür edib: "İran bütün sahələrdə dost və qonşu ölkələrlə münasibətlərini daha da genişləndirmək istəyir. İranla Azərbaycan Respublikası arasında dostluq və qarşılıqlı etimad əsasında qurulmuş dinc münasibətlər bundan sonra da birgə səylər nəticəsində daha da möhkəmlənəcək və dərinləşəcək".