Türkiyənin bu klubunda da koronavirus aşkarlandı

27 Mart 2020 22:24 (UTC+04:00)

“Kayserispor”da koronavirus pandemiyasına yoluxma halı qeydə alınıb.

Goal.az xəbər verir ki, virus şübhəsi ilə edilən testlərdə bir nəfərdə xəstəliyin olduğu aşkarlanıb.

Həmin şəxsin klubun işçisi olduğu bildirilib. “Fenerbahçe” və “Galatasaray”ın da koronavirusa yoluxma halı açıqlanmışdı.