Rusiyalı məşhur müğənni də infeksiyaya yoluxub

27 Mart 2020 22:51 (UTC+04:00)

Bir neçə gün əvvəl pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilən rusiyalı məşhur müğənni Lev Leşşenkonun koronavirusa yoluxduğu təsdiqlənib.

Mövqe.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə onun müalicəsi ilə məşğul olan həkim 78 yaşlı ifaçının “Facebook” səhifəsində məlumat verib:

"Ötən gün Levin infeksiyaya yoluxduğu məlum olub. Aktyor hazırda özünü yaxşı hiss edir və artıq həyati əhəmiyyətli orqanlarının sıradan çıxmaması üçün əlavə oksigenə ehtiyac duymur".