TƏBİB-dən 6 yaşlı uşağın ölümü ilə bağlı rəsmi açıqlama

28 Mart 2020 16:08 (UTC+04:00)

Bakıda 6 yaşlı uşaq xəstəxanaya çatan kimi dünyasını dəyişib.

TƏBİB-dən Mövqe.az-a verilən məlumata görə, uşaq kəskin qarın simptomu diaqnozu ilə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib və daxil olan kimi ölüb:

"Ölümün dəqiq səbəbi tibbi ekspertizanın nəticəsindən sonra məlum olacaq".