Birinci sinfə elektron qeydiyyata yenidən start verilir

28 Mart 2020 17:46 (UTC+04:00)

Martın 29-u birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir. Elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən aktivləşəcək.

Təhsil Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.