“Mən 2019-cu ildə söhbəti bilirdim” - Çingiz koronavirusdan yazdı

28 Mart 2020 20:48 (UTC+04:00)

Müğənni Çingiz Mustafayev paylaşımı ilə diqqət çəkib.

Mövqe.az Axşam.az-a istinadən xəbər verir ki, buna sənətçinin ötən il “Eurovision” müsabiqəsi üçün getdiyi Tel-Əvivdən maska taxdığı fotonu paylaşması səbəb olub.

O, bölüşdüyü şəklin şərh bölməsində zarafatla koronavirus barədə əvvəlcədən məlumatı olduğunu bildirib.

İfaçı “Mən artıq 2019-cu ildə söhbəti bilirdim. Özünüzü qoruyun, möhkəm və pozitiv olun! Evdə qalın!” deyə, şərh bölməsinə yazıb.