Millinin baş məşqçisi koronavirusa görə istefaya göndərildi

28 Mart 2020 22:56 (UTC+04:00)

Uruqvay Futbol Assosiasiyası (AUF) milli komandanın baş məşqçisi Oskar Tabareslə yollarını ayırıb.

Goal.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, 73 yaşlı mütəxəssis koronavirus pandemiyasına görə istefaya göndərilib. Tabareslə yanaşı, AUF-un 400 əməkdaşı da işdən azad olunub.

Qeyd edək ki, Oskar Tabares 2006-cı ildən Uruqvay millisinə başçılıq edirdi.