Həştərxan İş Mərkəzi MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb

29 Mart 2020 19:48 (UTC+04:00)

Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrı-ayrı dövlət qurumları, özəl şirkətlər və vətəndaşlar tərəfindən vəsaitlərin köçürülməsi davam edir.

Mövqe.az-ın məlumatına görə, bu məqsədlə Həştərxan İş Mərkəzi MMC də ölkəmizdə koronavirusla (COVID-19) mübarizə çərçivəsində Prezident İlham Əliyevin çağırışına dəstək olaraq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb. Qurum ölkəmizdə koronavirusla mübarizə üzrə təşəbbüsün başladılmasını alqışlayır, bu xəstəliyə qalib gələcəyimizə əminliyini bəyan edir.