Goranboyda birmərtəbəli ev yanıb

29 Mart 2020 20:16 (UTC+04:00)

Goranboy rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, rayonunun Bağçakürd kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.