Barcelona-da maaşlar azaldıldı

30 Mart 2020 22:56 (UTC+04:00)

Barcelona-nın futbolçuları maaşlarının 70 faizindən imtina edəcək.

Goal.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin kapitanı Lionel Messi şəxsi İnstagram hesabı vasitəsilə bildirib.

33 yaşlı hücumçu klub işçilərinin maaşlarını ala bilməsi üçün komanda yoldaşları ilə birlikdə onların hesablarına müəyyən məbləğin köçürüləcəyini söyləyib. O, çətin dövrdə komandaya kömək məqsədilə bu addımı atdıqlarını vurğulayıb.

Qeyd edək ki, İspaniya La Liqası martın 12-də koronavirusa görə dayandırılıb.