Səfər Əbiyev Beynəlxalq Hərbi İdman Şurasının prezidentini qəbul edib

8 İyul 2013 15:52 (UTC+04:00)

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Beynəlxalq Hərbi İdman Şurasının prezidenti və Kamerun prezidentinin müdafiə məsələləri üzrə müşaviri polkovnik Hamad Kalkaba Malboumu qəbul edib.

 

Bu barədə Mövqe.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Görüşdə Bakıda keçirilən hərbçilər arasında birinci Dünya Futbol kubokunun gedişatı barədə söhbət aparılıb. Qonaq yarışın yüksək səviyyədə təşkilində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə dərin təşəkkürünü bildirib.