Çinlə bağlı şok iddia: Korona ilə bağlı böyük yalan...

31 Mart 2020 11:48 (UTC+04:00)

Çinin Uhan şəhərində koronavirus pandemiyasından ölənlərin sayının gizlədildiyi və dünyaya yalan informasiyalar verildiyi iddia olunub.

Axar.az xəbər verir ki, iddiaya əsasən, pandemiya nəticəsində Çində 40 min insanın ölüb və hər gün azı 500 ailəyə yaxınlarının külləri göndərilir.

Məlumata görə, şəhərdə krematoriumlar (cəsədyandırılan bina) 7 gün, 24 saat işləyir.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Çində pandemiyaya ümumilikdə 82 min insan yoluxub. Ölü sayı isə 3 min 304 nəfərdir.

Xatırladaq ki, Çin hökuməti bir müddət öncə koronavirusdan ölənlərin cəsədlərinin yandırılması ilə bağlı qərar qəbul edib.