Telefonunuza ayaqqabı dabanıynan enerji yükləyin

8 İyul 2013 16:01 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, enerjinin qısa müddətdə bitməsi probleminə qarşı yönəlmiş daha bir həlli yolu inkişaf etdirilib. SolePower adı verilən ayaqqabı dabanı siz yeridikcə cihazınızı enrji ilə təmin edir. Hələ prototip olan məhsulun yaradıcıları Matyu Stato və Hahna Aleksander Carnegie Mellon Universitetində mexanika mühəndisliyi tələbələridir. SolePower, addım atıldıqca ortaya çıxan enerjini elektrik gücünə çevirə biilir. Bu elektrik enerjisi xarici batareyaya yığılır. Təxminən 2.5 mil (4 km) yeridikdə xarici batareya telefonu yükləyəcək qədər enerji hazırlaya bilir. Cihazın qiymətinin isə 150 -175 dollar arasında ola biləcəyi ifadə edilir.