Bakıda faciəvi qəza baş verib

8 İyul 2013 16:00 (UTC+04:00)

Mövqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 7-də saat 23.00 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində Elnur Həsənov "Hyundai Santa Fe" markalı avtomaşını arxaya verərkən oğlu, azyaşlı Mübarizi vurub və onu xəstəxanaya apararkən Maştağa-Zabrat şosesində avtomaşınını qarşıda gedən Bakı şəhər sakini Vidadi Qasımovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşına çırpıb.

 

Nəticədə V.Qasımovun xəsarət almış sərnişinləri, anası Xədicəyə, arvadı Səadətə və Sevda Bayramovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Mübariz isə dünyasını dəyişib.  

 

Sabunçu Rayon Polis İdarəsi  tərəfindən araşdırma aparılır.