Bakıda mağazadan 2 min manatlıq oğurluq edildi

31 Mart 2020 13:06 (UTC+04:00)

Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Mövqe.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, martın 30-na keçən gecə Səbail rayonu ərazisindəki mağazaların birindən 2 000 manat dəyərində 21 ədəd mobil telefonun oğurlanması barədə 9-cu Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun həmin gecə digər bir gözəllik salonundan oğurluğa cəhd göstərməsi də müəyyən edilib.