Qusarda avtomobil aşıb: 1 ölü, 3 yaralı var

31 Mart 2020 13:13 (UTC+04:00)

Qusar rayonunun Aşağı Ləyər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, martın 30-da saat 18 radələrində Qusar rayonunun Aşağı Ləyər kəndi ərazisində şəhər sakini S.Orucəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Ümid Talıbov orada ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.