ABŞ xalqı milli marşın dəyişilməsini istəyir

8 İyul 2013 16:04 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ-da bir qrup vətəndaş Ağ Evin internet saytında olan onlayn ərizə sistemi vasitəsilə ölkənin milli marşının dəyişdirilməsi üçün  kampaniya başladıb. Amerikalılar milli marş olaraq Miley Sayrusun "Party in the USA" mahnısının olmasını istəyir. Ağ Evin saytındakı "We the People" qismində olan və prezident Barak Obamaya xitab olaraq hazırlanan ərizədə ABŞ-ın milli marşı olan "The Star-Spangled Banner" əvəzinə "Party in the USA" mahnısının qəbul olunması istənilir. 342 milyona yaxın baxışla YouTube-in ən çox izlənilən 23-cü klipi olan "Party in the USA" bir gənc qızın Los Ancelesə getmə macəralarını izah edir.