Aİ Dağlıq Qarabağdakı qondarma “seçkilər”in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır

31 Mart 2020 14:00 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) işğal olunmuş Dağlıq Qarabağdakı qondarma “seçkilər”in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır.

Mövqe.az-ın məlumatına görə, bu barədə təşkilatın bəyanatında deyilir.

Qeyd olunur ki, 31 mart 2020-ci ildə Dağlıq Qarabağda keçirilən qondarma “prezident və parlament seçkiləri” ilə əlaqədar Aİ seçkilərin konstitusion və hüquqi çərçivələrini tanımadığını bir daha bəyan edir.