Amerikalı həkimlər koronavirusa görə diz çöküb ağladılar - VİDEO

31 Mart 2020 19:32 (UTC+04:00)

Hazırda koronavirus daşıyıcılarının rəsmi sayına görə dünyada birinci olan ABŞ-ın xəstəxanalarının birində həkimlər diz çökərək ağlayıblar.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, pandemiya qarşısında çarəsiz qalan tibb işçiləri səhiyyə ocağının koridoruna çıxaraq Allaha dua ediblər.

“Hazırda səndən başqa heç kimimiz yoxdur. Fəryadımızı duy və dünyaya toxun. Dərsimizi almışıq”, - həkimlər tanrıya belə yalvarıblar.

Qeyd edək ki, ABŞ-da indiyədək 164 000-dən çox insana koronavirus diaqnozu qoyulub. Ölkədə virusdan ölənlərin sayı isə 3 000-i ötüb.