Zəzələ olub

8 İyul 2013 16:28 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Papua Yeni Qvineyanın şimal-şərqində 7,2 bal gücündə zəlzələ meydana gəlib. ABŞ Geoloji Araşdırmalar Mərkəzi, mərkəzi əsası Yeni İrlandiya Adasındakı Taro şəhərinin 110 kilometr şərqində olan zəlzələnin, 379 kilometr dərinlikdə yarandığı deyilib. Yerli saatla, səhər 4.35 -də meydana gələn zəlzələdə ölən və ya yaralanan olmayıb. Sakit okeanı sunami Xəbərdarlıq Mərkəzi, zəlzələnin ardınca sunami xəbərdarlığı etməyib.