Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın müddəti uzadıldı

31 Mart 2020 16:35 (UTC+04:00)

Prezident İlham Əliyev "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında" Azərbaycan Respublikasının Qanununu imzalayıb. 

Mövqe.az xəbər verir ki, qanuna dəyişikliklə Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışının müddəti 2020-ci il mayın 31-dək uzadılır.