Sumqayıtda avtomobil elektrik dirəyinə çırpıldı, xəsarət alan var

31 Mart 2020 17:03 (UTC+04:00)

Sumqayıt şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, qəza şəhərin 26-cı məhəlləsində yerləşən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq magistral yoldakı elektrik dirəyinə və bildiriş lövhəsinə çırpılıb. Nəticədə elektrik dirəyi qırılıb, avtomobil isə yararsız hala düşüb. 

Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırma aparılır.