Elza Seyidcahandan inanılmaz bir “Su şou”su-Eksklüziv

8 İyul 2013 15:56 (UTC+04:00)

Həmişə öz avanqard geyim  tərzi, qeyri-adilikləri ilə, son zamanlar isə "Şou biznesin dəmir ledisi" adlanaraq növbəti dəfə öz özəllikləri ilə hər kəsi təccübləndirməyə çalışan əməkdar artist Elza Seyidcahan suya  konsert vermək barədə düşünür. Bu barədə eksklüziv olaraq, müğənni özü mövqe.az-a açıqlama verib: "Bəli, Mərdəkanda Tropikanka adlanan çox gözəl bir məkanda 27 iyulda konsertim olacaq. Hamını dəvət edirəm. Çox gözəl, məşhur bir yerdir. Düşündüm ki, yayda insan harda dincələ bilər?! Əlbəttə ki, dəniz sahilində... Konsert zamanı həm ruhumuzun qidası musiqi, həm diskoteka, həm də ki,  performanslar, party olacaq. Gecənin özəlliklərindən biri isə geyim dəfiləsi  və saç düzümlərinin göstərişi olacaq. Ümumiyyətlə çox fərqliliklər, özəlliklər olacaq. Sənət yoldaşlarımız və Türkiyədən qonaqlarım da olacaq. Duet ortaqlarım Natavan Həbibi, Elnur Məmmədov, Vüsal, Ramal və b.-nı da dəvət edəcəm. Onlar mənlə bir səhnəni paylaşacaqlar. Bu ay doğum günüm ərəfəsində bütün layihələrimi reallaşdıracam. Doğum günümü də orda qeyd edəcəm. Sonda isə inanılmaz bir su şousu olacaq. Dünyada ilk dəfə belə bir şey olacaq. Özünüz görüb şoka düşəcəksiz, çox heyrətlənəcəksiniz". 


Gecəyə qatılmaq istəyənlərin nəzərinə çatdıraq ki, biletlərin qiyməti 10 AZN olacaq.  Bundan əlavə VİP yerlər də olacaq. Hər kəs cibinə və imkanına uyğun bilet ala biləcək.