AzTU-nun Həmkarlar və Tələbə Həmkarlar İttifaqı Komitəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

31 Mart 2020 17:53 (UTC+04:00)
AzTU-nun Həmkarlar və Tələbə Həmkarlar İttifaqı Komitəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi. Bu barədə Mövqe.az-a məlumat verən Universitetin mətbuatla əlaqələndiricisi Sevic xanım İsgəndərova qeyd etdi ki, Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2000 manat, Tələbə Həmkarlar İttifaqı Komitəsi isə 1000 manat məbləğində ianə edib.