Mərkəzi Amerika yerləşən El Salvador ğlkəsində yeni bir növ koronavirusun (COVID-19) yayılması səbəbiylə ilk ölüm hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı El Salvador prezidenti Nayib Bukele “Twitter” hesabında verdiyi açıqlamada, “COVID-19” səbəbiylə ilk itkisinin ABŞ-dan olan 60 yaşındakı bir qadın olduğunu açıqlayıb.
İnsanları evdə qalmağa çağıran Bukele, ölən xəstənin yaxınlarına və dostlarına baş sağlığı arzulayıb.
Qeyd edək ki, “COVID-19”, təxminən 7 milyon əhalisi olan bir ölkədə El Salvadorda bu günə qədər 32 nəfərdə aşkar edilib.