Milli Məclis dövlət büdcəsinə yenidən baxacaq

1 Aprel 2020 10:06 (UTC+04:00)

Milli Məclisin yaz sessiyasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq. 

Mövqe.az-ın parlamentdən əldə etdiyi məlumata görə, "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" qanunlara dəyişiklik layihələri də parlamentin müzakirəsinə təqdim olunacaq.